Gündəm
04 yanvar 2021
37

Prezident və birinci xanım Teymur Rəcəbovu təbrik etdi

Milliinfo.az[/h4[h4]]Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva qrossmeyster Teymur Rəcəbovu təbrik ediblər.


Təbrikdə deyilir:

"Əziz Teymur,

"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.

Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi. Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.