Gündəm / Cəmiyyət / Dünya / Sosial
20 fevral 2021
68
Bakı ilə Dubay arasında uçuşlar bu tarixdən bərpa olunacaq
Milliinfo.az
“Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edir.“Report”un AZAL-dan əldə etdiyi məlumata görə, uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.
Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək. Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.
Bakı-Dubay istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:
- vizası olmayan və ya vizasının qüvvədə olma müddəti bitən sərnişinlər BƏƏ-yə əvvəlcədən viza rəsmiləşdirməlidirlər. Pandemiya dövründə ölkəyə giriş qaydaları aviaşirkətin saytında qeyd edilmişdir: https://www.azal.az/az/information/covid-dubai ;
- Dubaya gəlməzdən əvvəl "COVID-19 DXB Smart App" tətbiqini yükləyərək qeydiyyatdan keçməlidirlər;
- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar (çap olunmuş formada və ingilis dilində). COVID-19 testini vermək üçün Azərbaycandakı klinikaların siyahısı aviaşirkətin saytında dərc edilib: https://www.azal.az/az/information/covid-clinics
Dubay-Bakı istiqamətində aviareysin sərnişinlərinin nəzərinə:
- Azərbaycana giriş hüququnu yoxlamalıdırlar. Azərbaycana giriş icazəsi olan şəxslərin kateqoriyasının siyahısı burada qeyd edilib: https://www.azal.az/az/information/covid-azerbaijan;
- koronavirus infeksiyasının olmadığını təsdiq edən arayış almalıdırlar.
Testin nəticəsinin həqiqiliyi uçuşun başlandığı hava limanında qeydiyyat masasında ALHOSN UAE mobil tətbiqi vasitəsilə (bu tətbiq AppStore, Google Play, GalaxyStore və AppGallery-də mövcuddur) xüsusi QR-kodla, yaxud həkimin imzası və möhürü, həmçinin QR-kodun əks olunduğu arayışı təqdim etməklə yoxlanılacaq.
Dubayda koronavirus infeksiyasına analiz vermək üçün tövsiyə olunan laboratoriyaların siyahısı ilə həmçinin burada tanış olmaq mümkündür: https://www.azal.az/az/information/covid-dubai.
Hər iki istiqamətdə uçan sərnişinlərin nəzərinə:
- testin nəticəsinin reysin uçuşundan əvvəl 48 saat ərzində qüvvədə olduğuna əmin olmaq lazımdır;
- pandemiya dövründə AZAL aviaşirkətinin tətbiq etdiyi xüsusi daşıma qaydaları ilə tanış olmaq lazımdır: https://youtu.be/-s-0s4o1L2M
Qeyd edək ki, “Fly Dubai” aviaşirkəti isə martın 2-dən etibarən Bakı-Dubay-Bakı istiqamətində aviareyslər həyata keçirəcək. Martın 2-dən etibarən həftədə üç dəfə, martın 18-dən isə aviareyslər hər gün olacaq.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![AZAL-dan sərnişinlərə müraciət: Bu təkliflərə inanmayın!](/uploads/posts/2020-07/medium/1593602131_1384929.jpg)
AZAL-dan sərnişinlərə müraciət: Bu təkliflərə inanmayın!
Gündəm![AZAL Naxçıvana getmək istəyən şəxslərə müraciət etdi](/uploads/posts/2020-08/medium/1598710060_azal_plane_160615.jpg)
AZAL Naxçıvana getmək istəyən şəxslərə müraciət etdi
İqtisadiyyat![Pandemiya dövründə aviabiletlər hansı şərtlərlə geri qaytarılır?](/uploads/posts/2020-09/medium/1599741161_969572f2-3331-364e-8d95-fb55da1e10ca_850.jpg)
Pandemiya dövründə aviabiletlər hansı şərtlərlə geri qaytarılır?
Gündəm / Cəmiyyət / Sosial![Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub](/uploads/posts/2020-08/medium/1597046901_cf8f37db-10e1-464a-bdba-7ac01793d330_850.jpg)
Bu gün Rusiyada Türkiyə kurortlarına uçuşlar bərpa olunub
Cəmiyyət / Dünya / Sosial / Mədəniyyət![Bakı ilə Kiyev arasında birbaşa aviareysin təşkili planlaşdırılır](/uploads/posts/2020-05/medium/1588674423_57dbb845-0dfc-4d6a-a98c-586e70ad1a80.jpg)
Bakı ilə Kiyev arasında birbaşa aviareysin təşkili planlaşdırılır
Cəmiyyət / Sosial