Gündəm / Cəmiyyət
09 iyul 2021
49

Bakı-Ələt yolunda DYP avtomobili qəzaya düşdü - Polis xəsarət aldı

Bakı-Ələt yolunda DYP avtomobili qəzaya düşdü - Polis xəsarət aldı

Bakı-Ələt yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

“Hyundai Santa fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.

Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Araşdırma aparılır.