Gündəm / Hadisə
14 iyul 2021
36

Polad Həşimovla İlqar Mirzəyevin şəhid olmasından bir il ötür

Polad Həşimovla İlqar Mirzəyevin şəhid olmasından bir il ötür
Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının birinci ildönümüdür.

Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olublar.

Qeyd edək ki, Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.