Gündəm / Dünya
14 iyul 2021
19

Pakistanda avtobus partladı: ölən və yaralananlar var

Pakistanda avtobus partladı: ölən və yaralananlar var

Pakistanın şimalında yerləşən Xeybər-Paxtunxva əyalətində avtobusun partlaması nəticəsində 10 nəfər ölüb, 39 nəfər yaralanıb.

Milliinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalətin Hazara regionu administrasiyasının əməkdaşı bildirib.

Onun sözlərinə görə, içərsində 30-dan çox çinli mühəndislər olan avtobus Hazara rayonunun Yuxarı Kuhistan kəndində partlayıb. Partlayış nəticəsində ölənlərdən 4-ü Çin vətəndaşıdır.