Gündəm / Cəmiyyət
26 iyul 2021
31
Operativ Qərargahdan yeni qərarlar - Rəsmi
Operativ Qərargah yeni qərarlar qəbul edib.
Qərara əsasən, 2021-ci il 1 sentyabr tarixindən etibarən:
dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:
-mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;
-mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;
Bu Qərarın əlavəsində nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən müəssisələrin işçilərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatının olması tələb olunan iş və xidmət sahələrinin siyahısı əlavə edilmişdir.
Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;
Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:
-ictimai iaşə müəssisələrində;
-mehmanxanalarda;
-iri ticarət mərkəzlərində.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycanda vaksin sertifikatının müddəti 6 ay uzadıldı](http://azadmedia.az/uploads/posts/2021-07/thumbs/1625223307_1612352222_trend_peyvend_vaksinasiya_180121_25.jpg)
Azərbaycanda vaksin sertifikatının müddəti 6 ay uzadıldı
Gündəm / Cəmiyyət![“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”](http://azadmedia.az/uploads/posts/2021-07/thumbs/1625731651_viktor3.jpg)
“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---![“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”](http://azadmedia.az/uploads/posts/2021-07/thumbs/1625731651_viktor3.jpg)
“Koronavirusa yoluxanların bir doza vurdurması kifayətdir”
---![Bu hərbi qulluqçular tərxis ediləcək - Prezident sərəncam imzaladı](/uploads/posts/2020-12/medium/1606845967_modern.az_1604838008294658631_1000x669_633.jpg)
Bu hərbi qulluqçular tərxis ediləcək - Prezident sərəncam imzaladı
Siyasət![Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar](/uploads/posts/2019-05/1557761833_1557747469_1557747294_slide01.jpg)
Bu abutriyentlərə şad xəbər - kolleclərə imtahansız qəbul olacaqlar
Təhsil