Gündəm / Dünya
23 avqust 2021
21

“Taliban”a ağır zərbə: 300 yaraqlı ÖLDÜRÜLDÜ

“Taliban”a ağır zərbə: 300 yaraqlı ÖLDÜRÜLDÜ

Əhməd Məsud və Əmrullah Salehin başçılıq etdiyi müqavimətçilərlə "Taliban” silahlıların arasında qarşıdurma olub.

Bu barədə BBC-nin müxbiri Yalda Hakim "Twitter”də yazıb. Onun sözlərinə görə, müqavimət qüvvələro Bağlan əyalətində "Taliban” silahlılarının yolunda pusqu qurub. Nəticədə ən azı 300 "Taliban" döyüşçüsü öldürülüb.

Yalda Hakim həmçinin pusqu zamanı ələ keçirilən "Taliban” silahlılarının fotolarını yayıb.