Gündəm / Cəmiyyət
25 avqust 2021
17

Cəbrayılda daha bir erməni hərbçinin cəsədi tapıldı

Cəbrayılda daha bir erməni hərbçinin cəsədi tapıldı
İkinci Qarabağ müharibəsi zamanı ölmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Milliinfo.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəsəd Cəbrayıl rayonu ərazisində aşkarlanıb. Onun şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1648 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.