Gündəm / Cəmiyyət
02 sentyabr 2021
37

"TurAz Şahini - 2021”: Hərbçilərimiz Türkiyədə


"TurAz Şahini - 2021”: Hərbçilərimiz Türkiyədə

"TurAz Şahini - 2021” təlimlərində iştirak edəcək Azərbaycan Hərbi Hava Qüvvələrinin heyəti Türkiyə Respublikasının Konya şəhərinə çatıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, hazırda təlimlərə hazırlıq məqsədilə heyətin yerləşdirilməsi, planlama və digər təşkilati məsələlərlə əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.