Gündəm / İdman
06 sentyabr 2021
32

Azərbaycan millisi Portuqaliya ilə oyuna itkilərlə çıxacaq

Azərbaycan millisi Portuqaliya ilə oyuna itkilərlə çıxacaq

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya millisi ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.

Milliinfo.az AFFA-ya istinadən xəbər verir ki, “Qarabağ”ın futbolçusu Maksim Medvedev zədə, Polşanın “Visla” (Plotks) klubunun üzvü Anton Krivotsyuk isə sarı kart cəzalısı olduğu üçün millinin qarşıdakı oyununda iştirak etməyəcək.