Gündəm / Dünya
07 sentyabr 2021
19

Almaniyada təyyarə qəzaya uğradı - Pilot öldü

Almaniyada təyyarə qəzaya uğradı - Pilot öldü


Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Sigen şəhəri yaxınlığında kiçik həcmli təyyarə qəzaya uğrayıb.

Səhər saatlarında baş verən hadisə nəticəsində bir nəfər ölüb.

Təyyarənin pilotunun meşə sahəsinə düşərək öldüyü bildirilib. Xilasedicilər pilotun cansız bədənini qəza yerindən təxminən 500 metr aralıda tapıblar.

Siegen polisinin verdiyi açıqlamaya görə, qəzada heç bir texniki qüsurun və insan səhvinin olmayıb. Müstəntiqlər qəza yerində aparılan araşdırmalardan sonra hadisənin intihar olduğunu bildirib.