Gündəm / Cəmiyyət
08 sentyabr 2021
38

Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxarır

Milli Məclis “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini müzakirəyə çıxarır

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Bunu “Report”un sorğusuna cavab olaraq parlamentin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov bildirib.

O deyib ki, yeni qanun layihəsi ilə bağlı müvafiq dövlət orqanlarıyla razılaşma əldə olunub: “Sənəd parlamentin payız sessiyasında birinci oxunuşda müzakirəyə təqdim ediləcək”.