Gündəm / Hadisə
09 sentyabr 2021
99

Ömər aşırımında “Niva” aşdı - Xəsarət alanlar var

Ömər aşırımında “Niva” aşdı - Xəsarət alanlar var

Göygöl rayonunda ağır qəza baş verib.

Hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.

Belə ki, "Niva" markalı avtomobil dərəyə aşıb. Qəza zamanı 5 nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.