Gündəm / Siyasət
25 sentyabr 2021
34
Qarabağdakı rus sülhməramlıların yeni komandanı o oldu
Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilən Rusiya sülhməramlı hərbçilərinin komandanı dəyişib.
General-leytenant Gennadi Anaşkin Rusiya sülhməramlılarının yeni komandanı təyin olunub. O, bu postda general-mayor Mixail Kosobokovu əvəzləyib.
Qeyd edək ki, Gennadi Vladimiroviç Anaşkin 1968-ci ildə Samarada (keçmiş Kuybışev) anadan olub. 1987-ci ildə hərbi xidmətə çağırılıb.
Ryazan Ali Hava Desant komanda məktəbini bitirib. 1999-2000-ci illərdə keçmiş Yuqoslaviyada, Bosniya və Hersoqovina Respublikasında Rusiyanın desant tağımına komandanlıq edib.
Birinci və İkinci çeçen müharibəsində ezamiyyətdə olub. G.Anaşkinin komandanlıq etdiyi qrup 2008-ci ildə Gürcüstanın Cənubi Osetiya bölgəsində döyüşlərdə iştirak edib.
2008-ci ildə onun başçılıq etdiyi Hava Desant Qoşunu Rusiyada ən yaxşı polk elan edilib. 2017-ci ilin iyulundan Cənub Hərbi Dairəsində 8-ci Ümumqoşun qvardiyası komandanının müavini təyin edilib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib](/uploads/posts/2020-08/medium/1597055419_515f310300268b1.jpg)
Azərbaycan Müdafiə nazirinin sabiq müavini vəfat edib
Hadisə![Sülhməramlıların komandanı dəyişdi, vəziyyət dəyişməyəcək - GƏLİŞMƏ](/uploads/posts/2021-09/medium/1631248959_1631247230_0001.jpg)
Sülhməramlıların komandanı dəyişdi, vəziyyət dəyişməyəcək - GƏLİŞMƏ
Gündəm / Siyasət![Müdafiə nazirinin müavinlərinin sayı artıb – İZAH](/uploads/posts/2021-07/medium/1627120690_1615025031_ax-2019-09-16-zakir-hesenov.jpg)
Müdafiə nazirinin müavinlərinin sayı artıb – İZAH
Gündəm / Cəmiyyət![Madagizi işğaldan azad edən general: Hikmət Həsənov kimdir? - (DOSYE)](/uploads/posts/2020-10/medium/1601805694_1391040.jpg)
Madagizi işğaldan azad edən general: Hikmət Həsənov kimdir? - (DOSYE)
Gündəm![Xocalı soyqırımını törədən erməni general öldü](/uploads/posts/2020-11/medium/1605774968_452c8776-eba9-3b18-ac83-4d622ed94b51_850-1.jpg)
Xocalı soyqırımını törədən erməni general öldü
Gündəm / Dünya