Gündəm / Cəmiyyət
20 oktyabr 2021
35

"Rusiya Ukraynanın şərqində müharibə başladıb" - ABŞ müdafiə naziri

"Rusiya Ukraynanın şərqində müharibə başladıb" - ABŞ müdafiə naziri

Rusiya Ukraynanın şərqində müharibə başladıb və hazırda məsələnin sülh yolu ilə həllinə mane olur.

Bu barədə ABŞ müdafiə naziri Lloyd Austin Kiyevdə keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ Ukraynaya öz suveren ərazisini müdafiə etmək qabiliyyətini inkişaf etdirməkdə kömək etməyə davam edəcək. Həmçinin bildirilib ki, ABŞ 2014-cü ildən bəri Ukrayna qüvvələrinə 2,5 milyard dollar yardım edib:

"Bir daha Rusiyanı Krımın işğalına, Ukraynanın şərqindəki savaşa, Qara dənizdə, Ukraynanın sərhədləri boyunca sabitliyi pozan fəaliyyətlərinə, habelə mütəmadi olaraq xaker hücumlarına və digər pis niyyətli hərəkətlərə son qoymağa çağırırıq".