Gündəm / Cəmiyyət
03 noyabr 2021
24
İlham Əliyev onları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 3-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Vayra Vike-Freyberqanı və İsmail Serageldini, keçmiş dövlət və hökumət başçılarını, Mərkəzin İdarə Heyətinin üzvlərini qəbul edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri Mərkəzin fəaliyyətinə göstərdiyi diqqətə və dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
44 günlük Vətən müharibəsi zamanı Mərkəzin İdarə Heyətinin üzvlərinin Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyən çoxsaylı bəyanatlarla çıxış etdikləri qeyd olundu. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin beynəlxalq təsisat kimi dünyada rolunun və nüfuzunun artması xüsusi vurğulandı.
Söhbət zamanı noyabrın 4-dən 6-dək “COVID-19-dan sonrakı dünya” adı altında keçiriləcək VIII Qlobal Bakı Forumunun çox aktual mövzuya həsr olunduğu qeyd edildi. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri pandemiyaya baxmayaraq, Mərkəzin aktiv fəaliyyət göstərməkdə davam etdiyini, çoxsaylı konfranslar keçirdiyini və digər beynəlxalq təşkilatlarla əməkdaşlığı inkişaf etdirdiyini bildirdilər. Forum çərçivəsində Mərkəzin İdarə Heyətinin üzvlərinin və digər iştirakçıların Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfər edəcəkləri vurğulandı.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub yazıb](/uploads/posts/2020-10/medium/1602759476_5028e705-2ed2-340c-8686-b13539ef1bdf_850.jpg)
Ekmələddin İhsanoğlu Prezident İlham Əliyevə məktub yazıb
Siyasət / Dünya![Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi](/uploads/posts/2020-07/medium/1594834338_semoshko_170620_2.jpg)
Kliniki Tibbi Mərkəzin direktoru vəzifəsindən azad edildi
Səhiyyə![Bosniya və Herseqovinanın rəhbəri Prezident İlham Əliyevə zəng vurub](/uploads/posts/2020-11/medium/1605736851_a73eaae8-9b40-3f35-837a-cf8285e167bf_850.jpg)
Bosniya və Herseqovinanın rəhbəri Prezident İlham Əliyevə zəng vurub
Siyasət / Dünya![Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü](/uploads/posts/2019-05/1557211599_mqdefault.jpg)
Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü
Gündəm![Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO](/uploads/posts/2019-05/1557640015_754161_1.jpg)
Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
Cəmiyyət / Dünya