Gündəm / Hadisə
11 dekabr 2021
62

Naxçıvanda əsgər qeyri-döyüş şəraitində həlak oldu


Naxçıvanda əsgər qeyri-döyüş şəraitində həlak oldu

Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçumuz əsgər Həsənov Nurlan Eldar oğlu dekabrın 10-u axşam saatlarında qeyri-döyüş şəraitində həlak olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Faktla bağlı Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğunda araşdırma aparılır.