Gündəm / Siyasət
25 dekabr 2021
157

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - Video

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - Video

Xəbər verdiyimiz kimi, ötən gün Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.

Açılış mərasimində 218-ci Komando Briqadasının komandiri polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib.


O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib.

Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini də elə Vətən müharibəsindən sonra alıb.

Elşən Sanayev Vətən müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub.

Qusar rayonunda anadan olan Sanayev Elşən Tərlan oğlunun 45 yaşı var.

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? - Video