Gündəm / Cəmiyyət
18 yanvar 2022
28
Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT
![Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT Vilayət Eyvazovdan generalın yerinə TƏYİNAT](http://azadmedia.az/uploads/posts/2022-01/1642485950_1642483172_1600759801_1600759787309.png)
Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.
Milliinfo.az "Report"a istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər: