Gündəm / Hadisə
22 fevral 2022
23

Bakı sakinini güllələyən şəxs tutuldu - YENİLƏNİB

Bakı sakinini güllələyən şəxs tutuldu - YENİLƏNİB

Daxili İşlər Nazirliyi (DİN) Bakı sakininin güllələnməsi barədə məlumat yayıb.

DİN-dən verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov tutularaq istintaqa təhvil verilib. Ondan “Escort” markalı ov tüfəngi götürülüb.

***08:33

Bakının Suraxanı rayonunda güllələnmə hadisəsi baş verib.

Hadisə Hövsan qəsəbəsi ərazisində qeydə alınıb.

1987-ci il təvəllüdlü Cavadov İlkin Miraslan oğlu naməlum şəxs tərəfindən odlu silah vasitəsilə güllələnib. O, sol bazu və döş qəfəsindən güllə yaraları ilə xəstəxanaya yerləşdirilib. Hazırda İ.Cavadov cərrahi əməliyyat olunur.