Gündəm / Hadisə
25 fevral 2022
24
Vətəndaşlardan pul tələb edən reket jurnalistlər saxlanıldı
Yevlaxda vətəndaşa hədə qorxu-gələrək pul tələb edən reket jurnalistlər saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinə fevralın 14-də özünü jurnalist kimi təqdim edən Sənan adlı şəxsin şəhər sakini R.Məmmədova hədə-qorxu gələrək 15.000 manat tələb etməsi barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən rayon sakinləri – “Kanal S.az” internet portalının təsisçisi Sənan Ələkbərov və Teymur Rüstəmov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onların fevralın 16-da Yevlax şəhər sakinləri E.Misirxanovaya və G.Süleymanovaya hədə-qorxu gəlməklə ümumilikdə 6.000 manat tələb etmələri də müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanıb.
Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Həkimi şantaj edən baş redaktor HƏBS EDİLDİ](https://www.unikal.org/photos/unikal/1625939666_hebs.jpg)
Həkimi şantaj edən baş redaktor HƏBS EDİLDİ
Gündəm / Siyasət![Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər](/uploads/posts/2019-04/1556045524_201808121040384038.jpg)
Azərbaycanda qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər
Hadisə![Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı](/uploads/posts/2021-07/medium/1627034743_1627033129.reket.jpg)
Hərbçiləri şantaj edən şəxslər barəsində cinayət işi açıldı
Hadisə![Afət Fərmanqızının əri azadlığa buraxıldı](https://www.xeberler.org/uploads/posts/2022-02/medium/1643872497_afettt.jpg)
Afət Fərmanqızının əri azadlığa buraxıldı
Gündəm / Cəmiyyət![Mövlam Şixəliyev 14 milyon manat rüşvət alıb](/uploads/posts/2021-09/medium/1631688646_1631687534_untitled-1.jpg)
Mövlam Şixəliyev 14 milyon manat rüşvət alıb
Gündəm / Cəmiyyət