Gündəm / Siyasət
03 mart 2022
61
Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırıldı - SƏRƏNCAM
![Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırıldı - SƏRƏNCAM Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırıldı - SƏRƏNCAM](http://azadmedia.az/uploads/posts/2022-03/1646305415_1646303607_1620374376351083972_1000x669.jpg)
Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” sərəncamında dəyişiklik edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncamla “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının üzvlərinin sayı artırılıb.
Belə ki, Əlaqələndirmə Qərargahının üzvlərinin siyahısına Baş nazirinin müavini Şahin Mustafayev, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, mədəniyyət naziri Anar Kərimov, energetika naziri Pərviz Şahbazov əlavə edilib.
Bundan əlavə, "Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri” sözləri “Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri", səhiyyə naziri “Oqtay Şirəliyev” sözləri “Teymur Musayev” sözləri, “Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini” sözləri “Vüqar Süleymanov – Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri.” sözləri ilə əvəz edilib.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Əli Əsədov və Samir Nuriyev Füzuli aeroportuna baxış keçirdi - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-03/1646121626_1646120588_7ef411cc-7552-3cb0-b6bf-feb6d2847076_850.jpg)
Əli Əsədov və Samir Nuriyev Füzuli aeroportuna baxış keçirdi - YENİLƏNİB
Gündəm / Siyasət![Prezidentdən yeni təyinatlar - SİYAHI](/uploads/posts/2020-08/medium/1598892011_1389004.jpg)
Prezidentdən yeni təyinatlar - SİYAHI
Gündəm / Siyasət![Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzalayıb](/uploads/posts/2021-12/medium/1638616419_15899661171688229941_1000x669.jpg)
Prezident “Azərbaycan Sənaye Korporasiyası” barədə sərəncam imzalayıb
Gündəm / Cəmiyyət![Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?](/uploads/posts/2020-06/medium/1591192555_1382897.jpg)
Fərəh Əliyeva mədəniyyət naziri təyin olunub?
Siyasət / Mədəniyyət![Onların maaşı 50 faiz artırıldı - Sərəncam](https://qafqazinfo.az/uploads/1608304123/ilham.jpg)
Onların maaşı 50 faiz artırıldı - Sərəncam
Gündəm