Gündəm / Cəmiyyət
19 mart 2022
32
Bu rayonda unun qiyməti qalxıb - VİDEO
![Bu rayonda unun qiyməti qalxıb - VİDEO Bu rayonda unun qiyməti qalxıb - VİDEO](http://azadmedia.az/uploads/posts/2022-03/1647668840_1647667915_un.jpg)
Ölkədə kifayət qədər taxıl və un ehtiyatı olsa da, Bərdədə unun qiyməti artıb. Bahalaşma həm topdan, həm də pərakəndə satış qiymətlərində müşahidə olunur. Son 3 gündə Bərdədə unun qiyməti təxminən 5-10 faiz bahalaşıb. 3 gün öncə ilə müqayisədə indi əla növ unun bir kisəsi 2 manat baha satılır.
Satıcılar bildirirlər ki, hazırda unun qiyməti 40 manatadır.
Onlar iddia edirlər ki, unun topdansatış mərkəzlərindən gətirilməsi çətinləşib.
Qeyd edək ki, bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un və çörək istehsalçıları ilə birlikdə bu məhsulların qiymətlərinin yuxarı hədlərini müəyyənləşdirib. 50 kq-lıq bir kisə unun topdansatış qiyməti - 35,9 manat olaraq açıqlanmışdı. İstehlakçılar un və çörək bazarında qiymət manipulyasiyası halları ilə rastlaşdıqda Dövlət Xidmətinin 599-76-00 telefon nömrəsinə müraciət edə bilərlər.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Azərbaycanda un və çörək BU QİYMƏTƏ SATILACAQ - RƏSMİ/VİDEO](https://www.xeberler.org/uploads/posts/2022-01/medium/1641461642_dd4bd7a1f79536b4bf30720116860820.jpg)
Azərbaycanda un və çörək BU QİYMƏTƏ SATILACAQ - RƏSMİ/VİDEO
Gündəm / Cəmiyyət![Azərbaycanda çörək bahalaşdı](http://azadmedia.az/uploads/posts/2022-01/thumbs/1641313013_corek.jpg)
Azərbaycanda çörək bahalaşdı
Gündəm / Cəmiyyət![Azərbaycanda unun qiyməti bahalaşdı](http://azadmedia.az/uploads/posts/2022-01/thumbs/1641276565_1641276292_un_0254.jpg)
Azərbaycanda unun qiyməti bahalaşdı
Gündəm / Cəmiyyət![Un və çörək istehsalçılarına qiymət artımı ilə bağlı xəbərdarlıq](https://www.xeberler.org/uploads/posts/2022-01/medium/1641369502_mycollages_-_2022-01-05t113430.761.jpg)
Un və çörək istehsalçılarına qiymət artımı ilə bağlı xəbərdarlıq
Gündəm / İqtisadiyyat![Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama](/uploads/posts/2019-04/1556526180_befunky_collageh.jpg)
Azərbaycanda çörək və benzinin qiyməti bahalaşacaqmı? - Açıqlama
Gündəm