Gündəm / Cəmiyyət
04 aprel 2022
47

Güclü küləkdə 6 qadın xəsarət alıb

Güclü küləkdə 6 qadın xəsarət alıb


Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralananlar müxtəlif xəsarətlərlə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.