Gündəm / Siyasət
11 aprel 2022
23
İlham Əliyev fərman imzaladı
![İlham Əliyev fərman imzaladı İlham Əliyev fərman imzaladı](http://azadmedia.az/uploads/posts/2022-04/1649671959_ilham-serencam.jpg)
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanın mətnini təqdim edir:
1. “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın 2.16-cı bəndinə uyğun olaraq, mənzillərin hərrac vasitəsilə satışı qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
3.1. “Şəhid ailəsi statusu almış şəxslərin və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 dekabr tarixli 1487 nömrəli Fərmanının 1-ci hissəsinin və 3.1-ci bəndinin icrası ilə bağlı görülmüş işlər barədə illik hesabatı hər il yanvarın 15-dən gec olmayaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Prezidentdən şəhid ailələri ilə bağlı FƏRMAN](http://azadmedia.az/uploads/posts/2021-12/thumbs/1639649968_1639649720_2021-06-11-10-10-45akm4zosxh5aqi25wnyav_file.jpg)
Prezidentdən şəhid ailələri ilə bağlı FƏRMAN
Gündəm / Siyasət![İlham Əliyev FƏRMAN İMZALADI](/uploads/posts/2021-09/medium/1631789612_1626448762.ilham.jpg)
İlham Əliyev FƏRMAN İMZALADI
Gündəm / Siyasət![Uşaq hüquqlarının müdafiəsi gücləndirilir - FƏRMAN](http://azadmedia.az/uploads/posts/2022-02/1644927328_1626963311_ilham-eliyev-1524496446.jpg)
Uşaq hüquqlarının müdafiəsi gücləndirilir - FƏRMAN
Gündəm / Siyasət![İlham Əliyev 3 fərman imzaladı](http://azadmedia.az/uploads/posts/2021-12/thumbs/1639829720_ilham-serencam.jpg)
İlham Əliyev 3 fərman imzaladı
Gündəm / Siyasət![Azərbaycanda şəhid ailələri və veteranlarla bağlı “Zəfər” altsistemi yaradılır](/uploads/posts/2021-10/medium/1635328438_185db09f-6488-3395-9e8a-1ee674c8eab2_850.jpg)
Azərbaycanda şəhid ailələri və veteranlarla bağlı “Zəfər” altsistemi yaradılır
Gündəm / Siyasət