Gündəm / Cəmiyyət
03 iyun 2022
23
Bu marşrut avtobuslarının hərəkəti dəyişdirilir
Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə iyunun 6, gecǝ saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Həmin marşrut xəttləri aşağıdakılardır:
- 1, 2, 4, 10, 46, M3 və H1 nömrəli marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcəkdir;
- 5 və 88 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç., D.Əliyeva küç., 28 May küç, R.Behbudov küç. ilə təşkil ediləcəkdir;
- 6 nömrəli marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə y/m - M.Useynov küçəsi və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində təşkil ediləcəkdir;
- 6, 18, 31, 37 və 77 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcəkdir;
- 53 nömrəli marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. olmaqla təşkil ediləcəkdir.
- 125 və 127 nömrəli marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m/st olmaqla Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., Ş.Bədəlbəyli küç. ilə təşkil ediləcəkdir;
- 61 nömrəli marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;
- 65 nömrəli marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcəkdir;
- 205 nömrəli marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bu marşut xətlərinin hərəkət sxemi dəyişdirildi](/uploads/posts/2021-11/medium/1636351186_1610331161_bakubus-avtobus.jpg)
Bu marşut xətlərinin hərəkət sxemi dəyişdirildi
Gündəm / Siyasət![Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI](/uploads/posts/2019-04/1556293213_1da9d35758101e2a11d78b464f91a537.jpg)
Bakıda 20 marşrut xətti üzrə avtobusların hərəkəti dəyişdirilir - SİYAHI
Gündəm![Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama](/uploads/posts/2019-04/1556607679_bakubas3.jpg)
Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama
Gündəm![Sabahdan Bakıda yeni marşrut xətti açılır](http://azadmedia.az/uploads/posts/2022-04/1650881220_5696c55c-674f-30ab-85df-2d228880c2c0_850.jpg)
Sabahdan Bakıda yeni marşrut xətti açılır
Gündəm / Cəmiyyət![Binəqədidə yollar bağlanacaq.](/uploads/posts/2019-04/1556637672_751110.jpg)
Binəqədidə yollar bağlanacaq.
Cəmiyyət