Gündəm / Hadisə
24 iyun 2022
33
DTX əməliyyat keçirdi - Saxlanılanlar var
![DTX əməliyyat keçirdi - Saxlanılanlar var DTX əməliyyat keçirdi - Saxlanılanlar var](http://azadmedia.az/uploads/posts/2022-06/1656075691_1656074819_b0d59bd9-b472-3afb-a1aa-f558a52b4c6b_850.jpg)
Xarici ölkə vətəndaşlarının Azərbaycanın dövlət sərhədindən qanunsuz olaraq ölkə ərazisinə keçirilmələri barədə daxil olmuş məlumatlarla əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Dövlət Sərhəd Xidməti ilə birgə araşdırmalar aparılıb.
DTX-nin Mətbuat xidmətindən verilən məlumata görə, həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşları - 1991-ci il təvəllüdlü Ağayev Rasif Nufiəli oğlu və 1970-ci il təvəllüdlü İsayev Ənvər Abasxan oğlunun İran İslam Respublikasında yaşayan müəyyən şəxslərlə qabaqcadan sövdələşərək həmin ölkədən xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənar gizli keçirilməsini təşkil etmələrinə əsaslı şübhələr yaranıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)