Gündəm / Siyasət
25 iyun 2022
26
Bu gün “general-leytenant” olan hərbçilər kimdir?
![Bu gün “general-leytenant” olan hərbçilər kimdir? Bu gün “general-leytenant” olan hərbçilər kimdir?](http://azadmedia.az/uploads/posts/2022-06/1656154329_gen.jpg)
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Onlar arasında “general-leytenant” hərbi rütbəsi alanlar da var.
Bu şəxslər general-mayor Zakir Samiddin oğlu Ağayev və general-mayor Azər Əli oğlu Əliyevdir.
Zakir Ağayev Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət edir. “Azərbaycan Bayrağı” ordenli Z.Ağayev general-mayor rütbəsini 2017-ci ilin iyununda almışdı.
Fotoda: Zakir Ağayev
![Bu gün “general-leytenant” olan hərbçilər kimdir? Bu gün “general-leytenant” olan hərbçilər kimdir?](https://qafqazinfo.az/uploads/images/zakir(1).jpg)
Rütbəsi artırılan digər hərbçi Azər Əliyev isə Hərbi Akademiyanın Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsini icra edir. O, 2021-ci ilin iyulunda bu Akademiyanın tədris üzrə müavini vəzifəsindən azad edilərək idarə rəisi təyin edilib.
Fotoda: Azər Əliyev
![Bu gün “general-leytenant” olan hərbçilər kimdir? Bu gün “general-leytenant” olan hərbçilər kimdir?](https://qafqazinfo.az/uploads/images/son(21).jpg)
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər: