Gündəm / Cəmiyyət
04 iyul 2022
17

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yarandı

Bakı-Sumqayıt qatarında texniki nasazlıq yarandı


Bakı-Sumqayıt-Bakı sürət qatarında texniki nasazlıq nəticəsində gecikmə yaranıb.

Nasazlıq qrafik üzrə 08:00-da Sumqayıt dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Nəticədə qatar hərəkətə təyin ediləndən 10 dəqiqə daha gec başlayıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.