Gündəm / Siyasət
12 avqust 2022
17
Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM
![Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM Prezidentdən 3,2 milyon manatlıq SƏRƏNCAM](http://azadmedia.az/uploads/posts/2022-08/1660307588_1660305928_387076f4-e0aa-3f8c-ad0b-8bb0bda6f61d_850.jpg)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ağsu rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, on min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (19 km)–Ərəbmehdibəy–Dədəli–Qasımbəyli–Xəlilli–Mustafalı–Göydəlləkli–Təklə–Dəlilər–Qaraqoyunlu–Kəndoba avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.26.18-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 3,2 milyon (üç milyon iki yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.
Nazirlər Kabinetinə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Prezidentdən 19 min nəfəri sevindirəcək SƏRƏNCAM](http://azadmedia.az/uploads/posts/2022-08/1659522169_1659519385_serencam.jpg)
Prezidentdən 19 min nəfəri sevindirəcək SƏRƏNCAM
Gündəm / Siyasət![Prezidentdən yeddi min nəfəri sevindirəcək SƏRƏNCAM](/uploads/posts/2021-07/medium/1626694591_1620229369.ilham.jpg)
Prezidentdən yeddi min nəfəri sevindirəcək SƏRƏNCAM
Gündəm / Siyasət![İlham Əliyevdən 6 milyonluq SƏRƏNCAM](/uploads/posts/2021-09/medium/1632997903_1632746082.lham-aliyev_shusha-numayendesini-qebul-ederken.jpg)
İlham Əliyevdən 6 milyonluq SƏRƏNCAM
Gündəm / Siyasət![İlham Əliyevdən 2,1 milyon manatlıq SƏRƏNCAM](http://azadmedia.az/uploads/posts/2022-06/1655723294_1655720424_serencam.jpg)
İlham Əliyevdən 2,1 milyon manatlıq SƏRƏNCAM
Gündəm / Siyasət![Prezident yol tikintisinə 1 milyon manat ayırdı](http://azadmedia.az/uploads/posts/2022-06/1654770580_1654769733_62a1c7eb04ba762a1c7eb04ba816547696431568d1f5cb9c3ea898279838d7676996.jpg)
Prezident yol tikintisinə 1 milyon manat ayırdı
Gündəm / Siyasət