Gündəm / Siyasət
25 avqust 2022
22
Rəsmi Bakıdan ABŞ-ın bu addımına - Qəti cavab
![Rəsmi Bakıdan ABŞ-ın bu addımına - Qəti cavab Rəsmi Bakıdan ABŞ-ın bu addımına - Qəti cavab](http://azadmedia.az/uploads/posts/2022-08/1661437230_1589378504_leylaabd_638.jpg)
“Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinkenin Qafqaz danışıqları üzrə baş məsləhətçi vəzifəsinə Filip Rikerin təyin olunmasına dair mətbuat bəyanatında bölgədəki post-münaqişə reallığından uzaq yanaşmanın sərgilənməsi təəccüb doğurur”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ABŞ Dövlət katibi Antoni Blinkenin 24 avqust tarixli mətbuat bəyanatına münasibət bildirərkən deyib.
O vurğulayıb ki, Minsk Qrupu ilə bağlı Azərbaycanın mövqeyi ən yüksək səviyyədə dəfələrlə və aydın şəkildə ifadə olunub: “Faktiki olaraq fəaliyyət göstərməyən Minsk Qrupunun “reanimasiya” edilməsi cəhdləri ABŞ-ın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindən uzaqlaşması ilə nəticələnə bilər. Qarabağ münaqişəsi həll olunub və Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Beynəlxalq ictimaiyyət, o cümlədən tərəfdaşlarımız anlamalıdır ki, Azərbaycan Ermənistan münasibətlərinin normallaşması üzrə danışıqların Qarabağ məsələsi ilə əlaqələndirilməsi heç də normallaşmaya xidmət etmir”.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![ABŞ Dövlət katibi İlham Əliyevə zəng ETDİ](http://azadmedia.az/uploads/posts/2022-05/1652296229_214f1b18-2ffc-3a72-8cba-c1a7cd1c1dce_850.png)
ABŞ Dövlət katibi İlham Əliyevə zəng ETDİ
Gündəm / Siyasət![ABŞ Azərbaycan-Ermənistan sərhədində güc tətbiqini dayandırmağa çağırdı](/uploads/posts/2020-07/medium/1594772704_abs.jpg)
ABŞ Azərbaycan-Ermənistan sərhədində güc tətbiqini dayandırmağa çağırdı
Siyasət / Dünya![Ceyhun Bayramov Ermənistanın XİN rəhbəri ilə görüşəcək? - RƏSMİ AÇIQLAMA](/uploads/posts/2021-10/medium/1633589002_1631390322.leyla.jpg)
Ceyhun Bayramov Ermənistanın XİN rəhbəri ilə görüşəcək? - RƏSMİ AÇIQLAMA
Gündəm / Siyasət![Azərbaycan XİN Lavrova CAVAB VERDİ](http://azadmedia.az/uploads/posts/2022-06/1654781407_1631390322_leyla.jpg)
Azərbaycan XİN Lavrova CAVAB VERDİ
Gündəm / Siyasət![26 il danışıqları pozan İrəvan indi danışıq istəyir - NƏ BAŞ VERİR?](/uploads/posts/2021-08/thumbs/1629953396_1629952704_0001.jpg)
26 il danışıqları pozan İrəvan indi danışıq istəyir - NƏ BAŞ VERİR?
Gündəm / Cəmiyyət