Gündəm / Hadisə
07 sentyabr 2022
13
İtkin düşən qızı atası taparaq QƏTLƏ YETİRİB - YENİLƏNİB
![İtkin düşən qızı atası taparaq QƏTLƏ YETİRİB - YENİLƏNİB İtkin düşən qızı atası taparaq QƏTLƏ YETİRİB - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-09/1662558124_1662554477_e232d5cf-688c-39e1-ae8c-43301f3bc660_850-1.jpg)
Sentyabrın 7-i saat 09 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İş üzrə istintaq davam edir.
***
16:36
Abşeron rayonunda ata qızını qətlə yetirib.
Ağsu rayon Pirhəsənli kənd sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev Abşeron rayona gələrək qızı Aybəniz Abdullayevanı bıçaqla qətlə yetirib.
Qeyd edək ki, sentyabrın 2-də Ağsu rayon Polis Şöbəsinə bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Bakıda DƏHŞƏT: Kişi arvadını qətlə yetirdi](http://azadmedia.az/uploads/posts/2022-09/1662187075_1662186807_bicaq.jpg)
Bakıda DƏHŞƏT: Kişi arvadını qətlə yetirdi
Hadisə![Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB](http://azadmedia.az/uploads/posts/2022-04/1650953028_1649764699_bicaqqq8.jpg)
Prokurorluq Salyandakı qətllə bağlı MƏLUMAT YAYDI - YENİLƏNİB
Hadisə![Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi](http://azadmedia.az/uploads/posts/2022-07/1657955935_1650450037_1615446730_qadin-bicaqlandi.jpg)
Bakıda DƏHŞƏT: Qadın keçmiş əri tərəfindən qətlə yetirildi
Gündəm / Hadisə![Abşeronda DƏHŞƏT: Ata 35 yaşlı qızını öldürdü](https://www.xeberler.org/uploads/posts/2022-06/medium/1654250436_1654248735.1649055086.1645703254.1629184432.e33316c1-79f3-4632-87ca-e1edc7106152.jpg)
Abşeronda DƏHŞƏT: Ata 35 yaşlı qızını öldürdü
Hadisə![Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB](/uploads/posts/2021-07/medium/1627027968_meyit.jpg)
Sabirabadda qadın gözətçini qətlə yetirən şəxs polis imiş - YENİLƏNİB
Gündəm / Hadisə