Gündəm / İdman
08 sentyabr 2022
28
Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq
![Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq Bu gün “Qarabağ” “Frayburq”la qarşılaşacaq](http://azadmedia.az/uploads/posts/2022-09/1662612988_1662611210_39074e98-335c-49b1-8324-23ef00260249.jpeg)
"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda Almaniyada "Frayburq"un qonağı olacaq.
"Europa-Park" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edəcək. "Köhlən atlar"ın heyətində zədəli Kevin Medina, meydan sahiblərində isə Roland Şallai eyni səbəbdən görüşü buraxacaq.
Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayacaq.
G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edəcək.
UEFA Avropa Liqası
G qrupu
23:00. "Qarabağ" (Azərbaycan) - "Frayburq" (Almaniya)
Baş hakim: Erik Lambrexts (Belçika)
Frayburq. "Europa-Park" stadionu
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər: