Gündəm / Cəmiyyət
13 sentyabr 2022
25
Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı - Açıqlama
![Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı - Açıqlama Rəsmi Moskvadan sərhəddə erməni təxribatı ilə bağlı - Açıqlama](http://azadmedia.az/uploads/posts/2022-09/1663065389_rusiya_xin.png)
“Rusiya Xarici İşlər Nazirliyi rəsmi Bakı və İrəvan ilə sıx təmasdadır”.
Milliinfo.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Rusiya XİN sentyabrın 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskin gərginləşməsindən hədsiz narahatlığını ifadə edib.
“Biz tərəfləri Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarına əməl etməyə, vəziyyətin daha da gərginləşməsindən çəkinməyə, təmkinli olmağa və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq”, - məlumatda deyilib.
Rusiya Xarici İşlər Nazirliyi, həmçinin Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara müvafiq olaraq KTMT vasitəsilə vəziyyətin həllinə köməklik göstərilməsi üçün müraciət aldığını açıqlayıb.
“Moskva vaxtı ilə saat 09:00-dan etibarən atəşkəslə bağlı əldə edilən razılaşmaya tam riayət ediləcəyinə ümid edirik”, - açıqlamada vurğulanıb.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Rusiya XİN-dən Tovuz döyüşlərinə reaksiya gəldi](/uploads/posts/2020-07/thumbs/1594639336_lavrov-irevan.jpg)
Rusiya XİN-dən Tovuz döyüşlərinə reaksiya gəldi
Siyasət / Dünya![Lavrov Ermənistan xarici işlər naziri ilə Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcək](/uploads/posts/2021-08/medium/1630383571_1630382576_0001.jpg)
Lavrov Ermənistan xarici işlər naziri ilə Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcək
Gündəm / Dünya![Azərbaycan, Ermənistan və Rusiyadan olan ekspertlər Moskvada görüşüb](http://azadmedia.az/uploads/posts/2022-07/1657898378_1657894156_default-8.jpg)
Azərbaycan, Ermənistan və Rusiyadan olan ekspertlər Moskvada görüşüb
Gündəm / Siyasət![Paşinyan Putinə zəng etdi](http://azadmedia.az/uploads/posts/2022-08/1659974736_putinpasinyan-1.jpg)
Paşinyan Putinə zəng etdi
Gündəm / Dünya![Azərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur](/uploads/posts/2020-10/medium/1602355290_1391465.jpg)
Azərbaycanla Ermənistan arasında humanitar məqsədlərlə atəşkəs elan olunur
Siyasət / Dünya