Hadisə
13 fevral 2023
0
Qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş...
![Qəzada ölən 3 şagird maşın sürməyi öyrənirmiş...](https://azadmedia.az/uploads/posts/2023-02/1676289376_mekteblililili-1.jpg)
Fevralın 11-də Siyəzəndə 3-ü məktəbli olmaqla 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatı məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə vaxtı Siyəzən şəhər Mikayıl Müşfiq adına 2 saylı orta məktəbin 5 şagirdi avtomobil sürməyi öyrənmək məqsədilə rayon sakini, 1992-ci il təvəllüdlü Nicat Məmmədovun avtomobilinə əyləşibmiş. N.Məmmədov “Audi” markalı avtomobillə Siyəzən şəhərindən Bakı-Quba yolunun köhnə hissəsinə doğru yüksək sürətlə hərəkət edərkən nəqliyyat vasitəsi yolun nahamar hissəsində idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarında dayanmış yük avtomobilinə çırpılıb.
Hadisə nəticəsində 11-ci sinif şagirdi 2006-cı il təvəllüdlü Abasov Rəvan Malik oğlu, onun əmisi oğlu, 2006-cı il təvəllüdlü Abasov Nihat Babək oğlu, 10-cu sinif şagirdi 2007-ci il təvəllüdlü Məmmədli Aqşin Vüqar oğlu dünyasını dəyişib. Həmin məktəbin şagirdi olan 2006-cı il təvəllüdlü Əsgərov Əsgər Həsən oğlu və Qədirov Mursaqulu Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı xəsarət alan “Audi”nin sürücüsü, 1992-ci il təvəllüdlü Nicat Məmmədov isə xəstəxanada dünyasını dəyişib.
Bildirilir ki, qəzaya düşən məktəblilər və sürücü eyni məhəllədə yaşayırmışlar.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Siyəzəndə ağır qəza, ölənlərin sayı 4-ə çatdı - Yenilənib](https://azadmedia.az/uploads/posts/2023-02/1676143979_65.jpg)
Siyəzəndə ağır qəza, ölənlərin sayı 4-ə çatdı - Yenilənib
Gündəm / Hadisə![Siyəzəndə şagird məktəbdə bıçaqlandı](http://azadmedia.az/uploads/posts/2022-04/1649744037_mekt.jpg)
Siyəzəndə şagird məktəbdə bıçaqlandı
Gündəm / Hadisə![Quba yolundakı dəhşətli qəzada ölənlərin adları - Siyahı + Yenilənib](https://azadmedia.az/uploads/posts/2022-12/1671111647_qeza.jpg)
Quba yolundakı dəhşətli qəzada ölənlərin adları - Siyahı + Yenilənib
Gündəm / Hadisə![Bakıda 8-ci sinif şagirdi vəfat edib - FOTO](http://azadmedia.az/uploads/posts/2022-04/1649838275_1649836575_278143213_1357252574738796_858213011212637822_n.jpg)
Bakıda 8-ci sinif şagirdi vəfat edib - FOTO
Hadisə![Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var](/uploads/posts/2019-05/1557685207_1557651164tecili_yardim.jpg)
Azərbaycanda dəhşətli hadisə - Ölən və yaralananlar var
Hadisə