Hadisə / Dünya
29 aprel 2020
36

Kabildə partlayış törədilib, ölənlər var

Milliinfo.azKabildə partlayış törədilib, ölənlər var

Kabildə partlayış törədilib, ölənlər varƏfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.

“Report” “Khaama”ya istinadən xəbər verir ki, bunu ölkənin Daxil İşlər Nazirliyinin nümayəndəsi deyib.

Məlumata görə, partlayışı terrorçu-kamikadze törədib.

Hadisə nəticəsində ən azı 3 nəfər ölüb, 15 nəfər isə yaralanıb.

Hələlik heç bir qruplaşma partlayışa görə məsuliyyəti öz üzərinə götürməyib.