Hadisə
24 iyul 2023
2

Ələt-Astara yolunda ağır qəza - Ölən və yaralılar var



Salyanda ağır yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil digər iki maşınla toqquşub. Qəza nəticəsində bir nəfə dünyasını dəyişib.

1974-cü il təvəllüdlü Nəsirova Yaqut Gülbala qızı, 1964-cü il təvəllüdlü Əliyev Şahin Mirzəbala oğlu, 1995-ci il təvəllüdlü Musazadə Amil Tapdıq oğlu və daha 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır.

Modern.az