Hadisə / Dünya
03 iyun 2020
61

ABŞ-dakı iğtişaşların əsl səbəbi - VİDEO

Milliinfo.az

ABŞ-dakı iğtişaşların əsl səbəbi - VİDEO



Mayın 25-də ABŞ-ın Minnesota ştatında afroamerikalı Corc Floydun polis tərəfindən saxlanılarkən qəsdən boğularaq öldürülməsi nəinki Birləşmiş Ştatları, bütün dünyanı silkələyib.

Metbuat.az Baku.Tv-yə istinadən xəbər verir ki, Floydun “nəfəs ala bilmirəm” deyərək polisin dizi altında çırpındığı videolar sosial şəbəkələrdə sürətlə yayılıb və elə ertəsi gündən etibarən insanlar küçələrə axışıb. Corc Floydun xəstəxanaya yerləşdirilməsinə baxmayaraq, oksigen çatışmazlığından dünyasını dəyişdiyi və məhz polis tərəfindən boğularaq öldürüldüyü təsdiqlənib. Floydu boğaraq öldürən polis həbs edilib, hadisəyə şahidlik edən 3 polis işçisi isə işdən çıxarılıb.
Bütün bunlara baxmayaraq, xalqın hirsi soyumayıb. Aylardır davam edən koronavirus infeksiyası ilə mübarizə unudulub, bütün sosial məsafələr pozulub və etiraz aksiyaları bütün ştatlara yayılıb. Başda Minyapolis olmaqla olmaqla, Nyu York, Çikaqo, Los Anceles, San Fransisko və paytaxt Vaşinqtonda komendant saatı elan edilib, qaydaları pozanlar saxlanılıb. Təkcə Vaşinqtonda 300-dən çox şəxs həbs edilib ki, ümumilikdə ştatlarda saxlanılan şəxslərin sayı 10 min nəfəri keçib. Dinc yolla başlayan aksiyalara polisin müdaxiləsi nəticəsində qəzəbli xalq bir qədər də irəli gedib. Etirazçılar tərəfindən polis məntəqəsi və Ağ Evin yanındakı kilsə yandırılıb, mağazalar talan edilib, bahalı avtomobillər yandırılıb, yollara barrıkadalar qurulub və s. Əvvəlcə milli qvardiyanın 17 min döyüşçüsünü etirazlara səfərbər edən Prezident Donald Tramp baş verənləri etiraz aksiyası yox,

terror aktı adlandırıb. Lakin Vaşiqtonla aralarında soyuq küləklərin əsdiyi Avropa rəhbərliyi dinc etirazları dəstəklədiyini bəyan edib. İğtişaşlarda ölən və yaralananların sayı da hər keçən gün artmaqda davam edir. Ümumilikdə 11 nəfər ölüb, aralarında polislərin də olduğu yüzlərlə insan xəsarət alıb. Baş verənləri kənardan idarə olunan təxribat kimi qiymətləndirənlər də oldu. Ağ Ev-in bir siora rəsmiləri, siyasi ekspertlər vaxtilə Ferqyuson iğtişaşalarında, 4 il əvvəlki seçkilərdə olduğu kimi bu günkü hadisələrdə Moskvanın müdaxiləsini istisna etmirlər. Son olaraq 2 gün əvvəl Donald Tramp və Vladimir Putin arasında arasındakı telefon söhbətində də sübhəsiz ki bu mövzu gündəmdə idi. Lakin səbəb və bəhanə nə olursa olsun görünən mənzərə acınacaqlıdır. Hər nə qədər güclü iqtisadiyyata, dərin tarixə və müasirliyə sahib olsa da, XXl əsrdə dünyaya demokratiya dərsi deyən Birləşmiş Ştatlar polis zorakılığı, irqi ayrı-seçkiliyin qarşısında a