Hadisə / Dünya
05 avqust 2020
40

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib

Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib

Milliinfo.az

Avqustun 4-də Livanın paytaxtı Beyrutda sabiq Baş Nazir Saad əl-Həririnin evinin yaxınlığında güclü partlayış baş verib.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, xeyli sayda insanın xəsarət aldığı partlayışın təsirindən sabiq Baş Nazirin evinə və ətrafdakı evlərə ciddi ziyan dəyib. Bundan başqa, hökumət binasına da ciddi ziyan dəydiyi bildirilir.

Ölkənin rəsmi informasiya agentliyi – LANA Beyrut limanında partlayıcı maddələrin saxlanıldığı anbarda yanğın baş verdiyi barədə məlumat yayıb.

Şahidlər ətrafda şiddətli partlayış səslərinin eşidildiyini qeyd ediblər.