Hadisə
28 iyul 2021
45

Bıçaqlanan müşavir və komendantdan XƏBƏR VAR

Bıçaqlanan müşavir və komendantdan XƏBƏR VAR

"Ötən gün bıçaqlanan Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevin vəziyyətləri qənaətbəxşdir. Hər iki şəxs Respublika Klinik xəstəxanasında müalicələrini davam etdirirlər. Hazırda özlərini yaxşı hiss edirlər".

Bu barədə BDU-nun mətbuat katibi Günel Orucəliyeva məlumat verib:

"Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev hansı səbəbdən bu əmli törətdiyi hələ ki, məlum deyil. Bununla bağlı hüquq-mühafizə orqanlarnda araşdırma aparılır".

Qeyd edək ki, dünən Bakı Dövlət Universitetinin əsas korpusunda BDU rektorunun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev Universitetin təsərrüfat şöbəsinin işçisi İsmixan Mirzəyev tərəfindən bıçaqlanıb.