Hadisə
02 may 2019
75

Bakıda yeniyetmələr məktəbdən oğurluq etdilər

Bakıda yeniyetmələr məktəbdən oğurluq etdilər


Binəqədi rayonunda yerləşən məktəblərin birindən oğurluq olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BEŞ.AZ verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub. Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2 yeniyetmə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.