Hadisə
10 may 2019
74
Azərbaycanda dəhşətli yol qəzası - 10 nəfər xəsarət aldı
![Azərbaycanda dəhşətli yol qəzası - 10 nəfər xəsarət aldı Azərbaycanda dəhşətli yol qəzası - 10 nəfər xəsarət aldı](/uploads/posts/2019-05/1557508628_1557508086qeza-1.jpg)
Şəmkir rayonunda yol qəzası baş verib.
Beş.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Düyərli kəndi ərazisində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Onlardan 5 nəfəri Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha 5-i isə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralılardan bəzilərinin adları da məlum olub. Bunlar Arzu Rüstəmov, Ruslan Hüseynov və 1992-ci il təvəllüdlü Dursun Əsgərovadır.
İlkin məlumata görə, qəzaya düşən maşınlardan biri istixanada çalışan işçiləri aparırmış
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər: