İdman
03 may 2024
0

Mbappe "Real"ın sabiq kapitanının evini almaq istəyir


Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappe İspaniyanın paytaxtı Madriddə ev almaq istəyir.

Fransalı futbolçu İspaniyanın "Real" klubunun sabiq kapitanı Serxio Ramosun bir vaxtlar yaşadığı evi almaq niyyətindədir.

Potensial anlaşmanın təfərrüatları açıqlanmayıb.

Qeyd edək ki, 25 yaşlı forvard bu mövsüm meydana çıxdığı 45 matçda 43 qola və 10 məhsuldar ötürməyə imza atıb.