İdman
28 aprel 2019
135
Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır
![Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır](/uploads/posts/2019-04/1556428460_750368.jpg)
Aprelin 28-də Bakıda Formula 1 Azərbaycan Qran Prisinin üçüncü - sonuncu yarış gününə start verilir.
BEŞ.AZ bildirir ki, bu gün Formula 2 pilotlarının ikinci yarışı keçiriləcək.
Açılış mərasimi və pilotların paradından sonra Formula 1 Azərbaycan Qran Prisi başlayacaq.
Start xəttində birinci mövqedə "Merdeces"in pilotu Valtteri Bottas, ikinci - "Merdeces"in digər pilotu Lyuis Hemilton ikinci, üçüncü sırada isə "Ferrari" təmsilçisi Sebastian Fettel dayanacaq.
Ümumilikdə şəhər trasında hər biri iki pilotla təmsil olunan 10 komanda yarışacaq.
![Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır Formula 1 Azərbaycan Qran Prisinin həlledici mərhələsi başlayır](/uploads/posts/2019-04/1556428367_f1_baku_qualification.jpg)
Xatırladaq ki, Formula 1 Bakıda 2016-cı ildən keçirilir. Şəhər trasının uzunluğu 6 kilometrdən bir qədər çoxdur. Trekin ən geniş sahəsi 13 metr, ən dar hissəsi isə İçərişəhər yaxınlığında, yeddi və səkkizinci döngələrdir - 7,6 metr. Start və finiş xətti "Azadlıq" meydanındadır.
2016-cı ildə "Williams" komandasının pilotu Valtteri Bottas tərəfindən Bakıda Formula 1 yarışlarının sürət rekordu qeydə alınıb - 378 km/saat.
Azərbaycanda Qran Priyə tamaşa etmək üçün daha çox Rusiya, Böyük Britaniya, Gürcüstan, Niderland, Polşa, BƏƏ və Finlandiya vətəndaşları səfər edirlər.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı](/uploads/posts/2019-04/1556345774_750178.jpg)
Formula 1 Azərbaycan Qran Prisi: İkinci yarış gününün proqramı
İdman![Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb](/uploads/posts/2019-04/1556462626_2018_ilham_aliyev_05.jpg)
Prezident İlham Əliyev Formula 1 Azərbaycan Qran Prisinin qaliblərini mükafatlandırıb
İdman![Bu gündən Bulvara giriş 5 günlük qadağan edildi.](/uploads/posts/2019-04/1556085811_6083362a6a5c034ccc4bd92fb7b299d5.jpg)
Bu gündən Bulvara giriş 5 günlük qadağan edildi.
Cəmiyyət![İkinci yürüşünün üçlüyü müəyyənləşdi](/uploads/posts/2019-04/1556291882_1556290564_trend_formula_2_260419_14-1.jpg)
İkinci yürüşünün üçlüyü müəyyənləşdi
İdman![“Formula 1”də qəzanın günahkarı bilindi - Dəymiş ziyanı onlar ödəyəcək (VİDEO)](/uploads/posts/2019-04/1556282676_1556275105_420188558.jpg)
“Formula 1”də qəzanın günahkarı bilindi - Dəymiş ziyanı onlar ödəyəcək (VİDEO)
İdman / Video