İdman
23 aprel 2019
64

Azərbaycan Kuboku: İkinci yarımfinal görüşü heç-heçə yekunlaşıb

Azərbaycan Kuboku: İkinci yarımfinal görüşü heç-heçə yekunlaşıb


Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

"Report"un məlumatına görə, "Kapital Bank Arena"da "Sumqayıt" və "Zirə" komandaları üz-üzə gəlib. Baş hakim Səbuhi Bayramovun idarə etdiyi görüş qolsuz bərabərliklə yekunlaşıb.

Daha əvvəl "Qəbələ" evdə "Qarabağ"ı məğlub edib - 1:0.

Qeyd edək ki, cavab görüşləri mayın 1-də keçiriləcək.