İqtisadiyyat / Dünya
25 aprel 2020
35

Kənd Təsərrüfatı Nazirliyi: Marneulidən 250 ton tərəvəz alınıb

Milliinfo.az

Kənd Təsərrüfatı Nazirliyi: Marneulidən 250 ton tərəvəz alınıb


Kənd Təsərrüfatı Nazirliyi: Marneulidən 250 ton tərəvəz alınıbSon iki gündə Marneuli rayonundan 250 tona yaxın tərəvəz məhsulu alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Qeyd olunub ki, yerli fermerlərdən məhsulların təhvil alınması prosesinə hüquq-mühafizə orqanları və aidiyyəti yerli bələdiyyə xidmətləri nəzarət həyata keçirib, sosial məsafə təmin olunub.

Kənd təsərrüfatı məhsulları ilə yüklənmiş nəqliyyat vasitələrinin hərəkəti Gürcüstan Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının cəl edilməsi ilə təşkil edilib.

Ətraf mühit və kənd təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili və yerli hakimiyyət orqanlarının nümayəndələri ilə birgə Marneulinin kəndlərinə baş çəkib. Yerli kənd təsərrüfatı məhsullarının satışının müzakirə olunması üçün işçi görüş keçirilib.