İqtisadiyyat / Sosial
03 iyul 2020
38

Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları tədqiq olunacaq

Milliinfo.az

Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları tədqiq olunacaq



Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları tədqiq olunacaq


Sosial İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə elan etdiyi qrant müsabiqədə “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları" layihəsi qalib olub. AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərlinin rəhbərliyi ilə layihənin icrasına başlanılıb.

Sosial İqtisadi və Ekoloji Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Ramiz İsgəndərov AZƏRTAC-a məlumat verib ki, 4 ay davam edəcək layihə çərçivəsində “Qeyri-formal məşğulluğun sosial-iqtisadi fəsadları” kitabının nəşri nəzərdə tutulur. Kitabın yazılmasında Azərbaycanda bu sahə üzrə tanınan ekspertlər - iqtisad üzrə fəlsəfə doktorları, dosentlər Allahyar Muradov, Rəsmiyyə Abdullayeva və Mahir Zeynalov iştirak edəcəklər.

Kitab ali təhsil müəssisələrinə paylanılacaq.

“Qeyri-formal məşğulluqla mübarizədə əhalinin maarifləndirilməsi məsələsi böyük əhəmiyyət kəsb edir. Çünki qeyri-formal məşğul insanlar çox zaman hansı sosial hüquqlardan məhrum olduqlarını bilmirlər. Layihənin icrası müddətində və ondan sonra da bu mövzu diqqət mərkəzində saxlanılacaq, ictimai müzakirələr aparılacaq”, - deyə Ramiz İsgəndərov qeyd edib.