İqtisadiyyat
29 avqust 2020
43

Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar aparılır

 Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar aparılır

Milliinfo.az

Azərbaycanla müxtəlif ölkələr arasında hava reyslərinin bərpa edilməsi ilə bağlı danışıqlar gedir.

XeberOxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

H.Hacıyev bildirib ki, Almaniyanın “Lufthansa” şirkətinə Frankfurt-Bakı reysinin bərpa olunması ilə bağlı müraciət edilib. Onun sözlərinə görə, digər aviaşirkətlərdən də müraciətlər daxil olub və müxtəlif ölkələrlə aviareyslərin bərpa olunması istiqamətində danışıqlar aparılır”