İqtisadiyyat
19 sentyabr 2020
21
Startap hərəkatı barədə onlayn konfrans keçirilib
Milliinfo.az
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Britaniya Şurası (British Council) ilə birlikdə “COVID-19 pandemiyası dövründə startap hərəkatı: Çağırışlar və İmkanlar” mövzusunda konfrans keçirib.“Report” bu barədə Mərkəzə istinadən xəbər verir.
Məlumata görə, konfransda İİTKM-nin içracı direktoru Vüsal Qasımlı və Britaniya Şurasının ölkə üzrə direktoru Summer Xia açılış nitqi ilə çıxışlar ediblər.
Daha sonra, “New Castle Universiteti”nin professoru Matthew Gorton “COVID-19 pandemiyasının startup biznes modelinə təsiri”, “Unimetal and ProMetal Group” şirkətinin içracı directoru Rufat Azizov “COVID-19 böhran idarəçiliyində biznesin davamlılığının mərhələləri”, “Founder Institute”-un yerli direktoru Cəfər Nəcəfov “COVID-19 pandemiyası dövründə uğurlu startupa necə başlamalı”, “Creative Spark” Proqramı və “EnterpriseAzerbaijan” Portalının koordinatoru Oruc Dursunzadə isə “COVID-19 pandemiyası dövründə enterpriseazerbaijan.com portalının startapların inkişafında rolu” mövzularında təqdimatlar ediblər.
Pandemiya digər sahələrlə yanaşı startupları da yeni reallıqlarla qarşı-qarşıya qoyub. Tədbirin əsas məqsədi ölkədə fəaliyyət göstərən startupların pandemiya dövründə üzləşdikləri çağırışlara adekvat strategiyaların hazırlanmasına və pandemiyanın mümkün təsirlərinin azaldılmasına töhfə verməkdir. Bu isə öz növbəsində starupların post-pandemiya dövründə davamlı və dayanıqlı inkişafa nail olmaq deməkdir.
![](/templates/everyday-106-blue/images/728rkl.jpg)
Daha çox xəbər:
![“Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktik konfrans](/uploads/posts/2020-05/medium/1589461990_1589461457586265193_1000x669.jpg)
“Dövlət idarəçiliyində islahatların yeni mərhələsi” mövzusunda onlayn elmi-praktik konfrans
İqtisadiyyat![Qoşulmama hərəkatı dövlət başçılarının video konfransına keçiriləcək](/uploads/posts/2020-05/medium/1588584565_unnamed.jpg)
Qoşulmama hərəkatı dövlət başçılarının video konfransına keçiriləcək
Gündəm / Siyasət / Dünya![Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Onlayn teatr” beynəlxalq virtual elmi konfrans keçirilib](/uploads/posts/2020-05/medium/1589440931_158943874592031779_1000x669.jpg)
Mədəniyyət və İncəsənət Universitetinin iştirakı ilə “Onlayn teatr” beynəlxalq virtual elmi konfrans keçirilib
Təhsil / Mədəniyyət![Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü keçirilib](/uploads/posts/2020-04/medium/1588081901_1588081407567545931_1000x669.jpg)
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinin səhiyyə rəhbərlərinin onlayn görüşü keçirilib
Cəmiyyət![Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır](/uploads/posts/2020-08/thumbs/1596440237_1596438027-619593-4c4c6c50-3af8-42cf-9b5a-e26496ae093f-450x250.jpg)
Varlı ölkələr COVID-19 əleyhinə peyvəndi kütləvi şəkildə alır
Dünya / Səhiyyə