Siyasət
01 may 2020
21

“Çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib”

Milliinfo.az

“Çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib”



“Çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib”Deputat Razi Nurullayev bu gün parlamentin qərarı ilə Baş prokuror vəzifəsinə seçilən Kamran Əliyevə bir sıra təkliflər edib.

Deputat feysbukda bildirib ki, bu gün ölkədə sosial sahədə aparılan işlər neft gəlirlərinin pik vaxtında görülən işlərdən daha çoxdur və daha keyfiyyətlidir:

“Təzad bundan ibarətdir ki, indi o zamanlarda ayrılan büdcə vəsaitlərindən ən azı 4-5 dəfə daha az vəsait ayrılır, amma daha çox iş görülür. Indi çox çətin vəziyyət olsa da bütün şəhərlərdə, rayonlarda aparılan bərpa-quruculuq işləri, çəkilən yollar, keçirilən sosial layihələr ruh yaradır. Belə çıxır ki, o zamanlar isə büdcəni silmək üçün hazırlayırdılar.
Dövlət ehtiyacları üçün ayrılan vəsaitlər bəzən 70-80% silinirdi. Bunu məsuliyyətlə deyirəm. Uzun zaman keçməyib, bu məsələlərin araşdırılmasını, hüquqi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edirəm. Milyardları mənimsəmək oyuncaq deyil, dövlətə xəyanətdir və siz yeni prokuror kimi bu məsələlərə işıq salmalı və xalqın gözləntilərini doğrultmalısınız.

Sizinlə görüşək, sizə çox məsələləri sadalayım. Xalq dövlətindən niyə narazı qalmalıdır? Çünki, çoxları dövlət vəsaitini şəxsi vəsaiti kimi xərcləyib. 1999-2009-cu illərdə xeyli sayda bələdiyyələrdə yüz milyonlarla vəsait oğurlanıb. Torpağın baha vaxtında hektarlarla əraziləri sataraq on milyonlarla vəsaiti oğurlayıblar.

Minlərlə dövlət müəssisələri, şirkətlər qəpik-quruşa özəlləşdirilib. Bunları araşdırın, üzə çıxarın. Bu xalqın sərvəti olub və onlar talan edilib. Inanıram ki, cənab Prezident də sizin qətiyyətli prokuror olduğunuzu nəzərə alaraq sizə bu yüksək etimadı göstərmişdir.

Sizə bir mövzunu da deyim, üzə çıxarın. Yüzlərlə milyoner və milyarder həmyerlimiz var. Onlar niyə Azərbaycana sərmayə qoymaq istəməyiblər? Çünki, onların başqa ölkələrdə qazandıqları pullları burada onların əlindən almaq istəyiblər. Açmaq istədikləri şirkətlərdə minumum 50 % pay istəyiblər. Bu məsələləri millət vəkilləri ilə müzakirə edin, cənab Baş prokuror!”